Course: Ümumi ingilis dili
Bizim ümumi İngilis dili kursumuz ingilis dilində gündəlik ünsiyyət bacarıqlarının inkişaf etdirilməsinə yönəlmişdir. İlk dərslərdən sonra tələbələr öz həmkarları və dostları ilə ünsiyyət qurmağa başlaya bilirlər, çünki biz sizə nəzəriyyə öyrətmirik, sizə İngilis dilində ünsiyyət təcrübəsini öyrədirik. Dərslərdə danışıq İngilis dili səviyyəsinin inkişafı üçün müxtəlif müzakirələr, debatlar, oyunlar və danışıq tapşırıqları verilir.
Mərkəzimizdə tələbələrin xarici dilə yiyələnməkləri üçün hər bir şərait yaradılmışdır. inlingua Baku-da zəngin kitabxana, tələbələrin asudə vaxtlarında dili inkişaf edə bilmələri üçün conversation(söhbət) cafe mövcuddur. Bizim məqsədimiz İngilis dili mühiti yaradaraq tələbələrə xarici dili çox qısa zamanda mənimsəmələrinə kömək etməkdir.