İngilis dilində yeni sözlər öyrənməyin 7 yolu
Bilirdinizmi, ölkəmizdə ingilis dili öyrənənlərin təqribən 60%-i uğurlu nəticəyə sahib ola bilmirlər ?
Kimisi bu problemi vaxt azlığında, kimisi də səviyyələr üzrə irəlilədikcə çətinləşən yeni sözlərdə görür. Gün keçdikcə yeni sözlərin çətinlik dərəcəsinin artması insanları yorur və “çətindir,öyrənə bilməyəcəm” düşüncəsini yaradır. Lakin sizə xoş bir xəbərimiz var – artıq çətin deyə bir şey qalmayacaq. Sizlərə göstərəcəyimiz 7 üsul ilə istənilən çətinlikdə olan sözləri mükəmməl şəkildə öyrənəcəksiniz. Elə isə nəyi gözləyirik, “İngilis dilində yeni sözlər öyrənməyin 7 yolu” bloqumuza başlayaq ?!
- Özünüzə yeni sözləri öyrəndikcə yazmağınız üçün bir lüğət dəftəri tutun və həmin sözləri orada qeyd edin. Davamlı olaraq 24 saat-dan bir, 1 həftədən bir və 1 aydan bir yenidən həmin lüğətdəki sözlərə baxın.
- İngiliscə oxuyun, oxuyun və oxuyun! İngilis dilində öyrəndiyiniz yeni sözləri gündəlik həyatınızda istifadə etməyə çalışın. Bir sözü tam yadda saxlamaq üçün onu təxminən 10 dəfə istifadə etməlisiniz!
- Söz tapmacaları və krasvordlar, anagramlar və söz oyunlar (Məs:Taboo) yükləyin və boş vaxtlarınızı həmin oyunları oynayaraq dəyərləndirin. Beləcə, həm öyrənəcəksiniz, həm də əylənəcəksiniz.
- Krasvord oyunu : (Android üçün) (İos üçün)
- Taboo oyunu : (Android üçün)
İngilis dilində yeni sözlər öyrənməyin 7 yolu bloqumuz hələ davam edir!
4. Sizə ən çətin gələn sözləri arxası yapışqanlı kağızlara yazın və onları ən çox istifadə etdiyiniz əşyaların üzərinə yapışdırın. Gün ərzində sıx şəkildə görəcəyiniz üçün artıq həmin sözlər yaddaşınıza həkk olunacaqdır.
5. Sizin kimi ingilis dili öyrənməyə həvəsli bir dostunuzla da bu işi həll edə bilərsiniz. Dostlarınızla birlikdə sözləri öyrənin və vaxt tapdıqca bir-birinizlə “söz yarışı” keçirin. Başqası ilə öyrənmək daha əyləncəli və daha asan olacaqdır.
6. Gündə təxminən 10 yeni söz öyrənin. 1 gündə 10 söz, həftədə 70 söz, ayda 300 söz, 1 ildə 3600 söz edir.
7. Öyrənərkən çətinlik çəkdiyiniz sözləri Google-da axtarışa verin və həmin sözün çox işləndiyi məqalələri/xəbərləri oxumağa çalışın. Belə etsəniz, inanın ki, o söz bir də ağlınızdan çıxmayacaq.
Beləcə, İngilis dilində yeni sözlər öyrənməyin 7 yolu bloqumuzun sonuna gəldik. Yuxarıda vurğulanan 7 üsuldan hər biri İngilis dili öyrənməyinizə çox böyük dəstək olacaqdır. Bununla yanaşı, ingilis dili öyrənmək üçün 5 Youtube kanalı bloqumuza keçərək evdən çıxmadan və heç bir ödəniş etmədən dil biliyinizi inkişaf etdirə bilərsiniz.
Yeni gələcək öyrədici və maraqlı məqalələrdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz.