Xarici dili bilmək, öyrənmək sizi əsrin bəlası Alsheymer və dementiyadan qoruyur.
Oxuculara əvvəlcə bu xəstəliklər haqqında qısa məlumat vermək istəyərdim. Alsheymer və dementiya yaşlı insanlarda, əsasən 65 yaş və üstü, amma son zamanlar daha da gəncləşən yaddaş pozğunluğu xəstəliyidir. Əvvəlcə zəif yaddaş pozğunluğundan başlayaraq, irəliləyən zamanlarda isə hətta öz yaxınlarını unutmağa qədər gəlib çıxardır. İnsan artıq özünü belə tanımır. Sadə əqli və fiziki məşğuliyyətləri yerinə yetirməkdə çətinlik çəkir.
Ən son alimlərin araşdırmalarından belə məlum olub ki 2 və ya daha artıq dil bilən insanlarda bu xəstəlik daha gec yaşda olur və ya heç olmur. Bunun səbəbi də odur ki, insan bir dildən o biri dilə keçid etdiyi zaman beyin məşq edir. Bu beyin üçün ən gözəl idmandır.
Xarici dil öyrənmək üçün daha bir bəhanəniz oldu. Elədirsə nəyi gözləyirsiniz, gəlin birlikdə xarici dilləri öyrənək!